İsrail əsgərləri Fələstində qərbi Yakanın Əl-Xəlil şəhərində 7 yaşlı uşağı həbs edib.
Axar.az xəbər verir ki, bu dünən bir neçə uşağın İsrail nəzarətində olan bölgəyə daş atması ilə başlayan insidentdən sonra baş verib.
Mətbuat İsrail əsgərlərinin uşağı aparmağına qarşı çıxan bir müəllimin də döyüldüyünü bildirib.