“Qarabağ”dan yazmaq indi dəbdədi bir az… Qələbənin çoxlu “atası” peyda olub. Yetim məğlubiyyətlərdə komandaya hədə-qorxu gələnlər indi biri-birinin ardıyca qrup ehtimallarını sırlamağa girişiblər.
“Qarabağ” filan komandanı udmalıdı, filan komandayla heç-heçə oynamalıdı, filan komandadan qisas almalıdı, filan qədər xal toplamalıdı. Mən bu sıraya qoşulmaq istəmirdim.
Amma…
…Sizin bu günkü qədər aqressiv olmağınızın əsas səbəbkarı Qurban Qurbanovun SƏDAQƏTİDİR. Onun bu SƏDAQƏTİ olmasaydı, siz nə bu qədər ard-arda qrupda olacaqdız, nə bu qədər qələbə ləzzəti görəcəkdiz, nə də indi başınızı yorğanınıza soxub, ordan “Qarabağ” filankəsdən qisas almalıdı” deyəcəkdiz.
İndi dağıdılmış Azərbaycan klublarınızla, küncdə-bucaqda gizlənmiş həvəskar futbolunuzla köks ötürə-ötürə ingilisin, fransızın, ispanın, almanın çempionatlarını izləyəcəkdiz. Yaxşı ki Qurban Qurbanovun SƏDAQƏTİ var.
Bəzən ziyanına işləsə belə, onun bu sadiqliyi son 100 ildə Azərbaycan gerçəkliyində nadir hadisədir….
Bilirisiz, “Qarabağ” Çempionlar Liqasında niyə oynamır? Çünki o Sizə, ətrafına, prinsiplərinə sadiq qaldı. Heç zaman heç yerdə görmədiyiniz bu SƏDAQƏT hər oğulda olmur, mənim “ağzıgöyçək” qardaş və bacılarım!
Qurban Qurbanov okeanın o tayından Azərbaycana gətiridiyi, çörək verdiyi, məşhurlaşdırdığı, ona və “Qarabağ”a xəyanət eləmiş haitiliyə də sadiq qaldı. Onun yerinə son ana qədər heç kimi gətirmədi. Geryenin cığallıqlarına baxmayaraq Qurban Qurbanov öz peşəkarlığını ikinci plana keçirdi. İnsanın bu qədər qeyri-ciddi olacağına inanmadı. Hamıya öz könlündən boylandı.
Mən yüz faiz əminəm Gerye olsaydı, “Qarabağ” o cinahda elə kobud səhvə yol verməyəcəkdi, “APEOL”i udacaqdı və… “Ayaks”ı da keçəcəkdi.
Amma mən də Qurban Qurbanov kimi SƏDAQƏTİ seçərdim. Min məğbuliyyət bir sadiqliyin yanında bir heçdir… Böyük sadiqlik göstərmiş, bizlərə örnək olmuş böyük məşqiçimiz Qurban Qurbanov olduğu üçün minnətdaram.
Biz qrupdan çıxacayıq, ya yox? Məncə, bu, vacib deyil, əsas insandı, onun prinsipləri və sadqiliyidi…