4 İyul 2014 11:31
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz Nadir şah obrazını canlandıracaq.

Bunu Teleqraf.com-a açıqlamasında aktyor özü deyib. Onun sözlərinə görə, elə buna görə də gələn mövsüm çox məsuliyyətli və gərgin olacaq:

“Nadir şah Azərbaycan səhnəsinə gəlir. Şahı mən canlandıracam. Tamaşa Yunus Oğuzun romanı əsasında hazırlanır. Mənim üçün ən məsuliyyətli işlərdən biridir. Məşqlər artıq başlanılıb. Nadir şah obrazını mükəmməl yaratmaq üçün çox gərgin çalışıram. Yəni Nadir şah haqda yazılan əsərləri oxuyuram, tarixi faktlarla tanış oluram. Həmçinin Sabir Rüstəmxanlının Nadir şah haqda olan yazısını da oxumuşam. Hələ ki, rejissorla tarixi faktları araşdırırıq. Onun xarakteri, yaşam tərzinin necəliyi ilə bağlı ciddi araşdırma aparırıq”.

Nərmin


Müəllif: