5 İyun 2022 17:57
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səhnə" teatrının hazırladığı “Qurd əfsanəsi” mono-tamaşası təqdim edilib.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, tamaşa Xırdalan bələdiyyəsinin Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin və Göte İnstitutunun birgə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

Türk-Oğuz əfsanələrinin motivləri əsasında hazırlanan tamaşanın müəllifi Xaqani Əliyev, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı Rəşad Yaqubov, musiqi tərtibatı Tural Əzizdir.

Mono-tamaşada Şaman obrazında aktyor Tural Əziz çıxış edir.

Minilliklər əvvəl yaşamış bütün xalqların şər qüvvələrdən onları qoruya biləcək, xilaskar kimi baxdıqları totemləri olmuşdur. Göy Qurd (Gökbörü) totemi Türk xalqları arasında daha çox yayılmışdır. Əfsanələrə görə Tanrı Qurdu şər qüvvələrə qarşı aparılan mübarizədə insana kömək etmək, yol göstərmək üçün səmadan yer üzünə göndərib.

Musiqinin və ritualların müşayəti ilə bəhs edilən hadisələri tamaşaçılara Şaman söyləyir. Tamaşada Qurd totemi dilindən və dinindən asılı olmayaraq yer üzündə müəyyən sərhədlər daxilində yaşayan insanlara yardım edən, Tanrının göndərdiyi ilahi qüvvə kimi təqdim edilir.


Müəllif: Nərmin