11 İyul 2014 11:18
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko bəyanatla çıxış edib. Onun sözlərinə görə, nə rusiyameyilli separatçılar, nə də rəsmi Moskva dialoqa getmək niyyətində deyil.

Belə ki, rəsmi Kiyevin təklif etdiyi “münaqişənin həlli istiqamətində çoxsaylı yollar” separatçılar və Rusiya tərəfindən rədd edilib. Bu barədə Poroşenko ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə söhbəti zamanı deyib. Ukrayna liderinin sözlərinə görə, separatçılar silahsızlaşma təklifini yersiz hesab edirlər. Danışıqlar masasına əyləşmək istəkləri də yoxdur.

Bir müddət öncə, Poroşenko çıxış edərək, separatçılara silahsız danışıqlar masasına əyləşməyə dəvət edib. Eyni zamanda o, bildirib ki, hökuməti bölgələr arasında bölməyə hazırdır. Ötən gün Fransa və Almaniya liderləri Poroşenkonu separatçılarla yenidən dialoqa başlamağa çağırıblar.

Ülviyyə


Müəllif:

Oxşar xəbərlər