Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın müdafiə naziri Sergey Şoyqu və biznesmen Konstantin Malofeyev barəsində cinayət işi açıb.
Teleqraf.com-un məlumatına görə, onlar "hərbiləşdirilmiş silahlı formalaşmalar" yaradılmasında ittiham edilirlər. Bu haqda nazir Facebook səhifəsində yazıb.
Rusiyanın adı çəkilən məmurlarından heç biri hələ ki, Avakovun bəyanatına şərh verməyib.
İstintaq iddia edir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu "Ukrayna ərazisində qanunsuz silahlı formalaşmalarda şəxsiyyətləri dəqiqləşdirilməmiş insanların iştirakını təşkil edib".
Rusiya vətəndaşı, sahibkar Konstantin Malofeyevdən isə bu silahlı formalaşmaların maliyyələşdirilməsində şübhələnirlər.