"Forrest Camp" filmində obrazı ilə tanınan amerikalı aktyor Tom Henks Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra verdiyi sözə əməl edib və ölkəni tərk edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Direct" nəşri məlumat yayıb.
Nəşr bildirir ki, Henks bununla bağlı pərəstişkarlarına məktubla müraciət edib:
“Ağır bir ürək və daha da ağır bir çamadanla elan edirəm: mən rəsmi olaraq ölkəni tərk etdim. Bəli, düz eşitdiniz - mən indi bunu uzaq, naməlum bir yerdən, gözəl mənzərəsi olan bir yerdən yazıram" - Hanks məktubunda deyib.
“Prezident Trump 2.0 mənim hazırlaşdığım şey deyildi. Nəticələri görəndə düşündüm: “Qaç, Forrest, qaç!” Mən də məhz belə etdim” - getmə səbəblərindən danışan Hanks deyib.
Aktyor pərəstişkarlarını onun ABŞ-ı həmişəlik tərk edəcəyini düşünməməyə çağırıb və Donald Trampın prezidentlik müddəti bitdikdən sonra geri qayıda biləcəyini açıqlayıb.