Polşanın “Hüquq və Ədalət” partiyasının bir qrup deputatı Seymə Ukrayna millətçiliyinin təbliğinə görə cinayət məsuliyyətinin tətbiq edilməsini təklif edən qanun layihəsi təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Eyni cəza siyasi və ya ictimai həyata təsir etmək üçün gücdən istifadə etməyə çağıran ideologiyaları, o cümlədən Ukrayna Millətçiləri Təşkilatının, Bandera fraksiyasının və Ukrayna Üsyançı Ordusunun ideologiyasını təbliğ edənlərə də şamil edilməlidir”, – Seymin saytında dərc olunan qanun layihəsində deyilir.
Cinayət Məcəlləsinin “nasist, kommunist və faşist ideologiyalarını” təbliğ etməyə görə artıq 3 ilədək həbs cəzasını nəzərdə tutan 256-cı maddəsinin 1a bəndinə dəyişiklik edilməsi təklif edilir.