01:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Matanzas əyalətindəki istilik elektrik stansiyasında (İES) yaranan problemlər səbəbindən Kubanın bütün ərazisi növbəti dəfə işıqsız qalıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kubanın Energetika və Mədən Sənayesi Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

“Antonio Qutyerrezin istilik elektrik stansiyası avtomatik dayanma səbəbindən sıradan çıxdıqda enerji sistemi bağlanıb”, - məlumatda bildirilir.

Nazirlikdən bildirilib ki, elektrik enerjisinin verilişinin bərpası üçün mütəxəssislər işləyir.


Müəllif: Arzu

Oxşar xəbərlər