11 Noyabr 2019 11:52
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz indiyədək meyxananın əleyhinə dibinə qədər çıxmamışıq. Amma son vaxtlar açıq şəkildə hiss olunur ki, meyxananın efirlərdə kütləvi təbliği cəmiyyətdə “qaqaşlıq” intonasiyasında fəsadlar törədir. Ona görə də bu məsələyə, mümkünsə, nöqtə qoymaq qərarına gəlirik: mən meyxana aləminin öz içindən seçəcəyi iki nəfərlə deyişmək istərdim”.

Teleqraf.com xəbər verir ki, bunu şair Salam Sarvan deyib.

“Bu, bir çağırışdır. Şərtimiz budur: dörd qafiyə - ikisi oynaq, ikisi əruz. Qafiyələrin ikisini mən, ikisini onlar açırlar. Hər iki tərəfdən xridarların sayı 10 nəfər olur. Hər iki tərəfdən çəkiliş gedir. Həmin iki nəfərin bağlanacağı təqdirdə meyxana efirlərə çıxmamalıdır, həyatın yeraltılarında yaşamaqda davam eləməlidir, mən bağlanacağım təqdirdə isə qələmi yerə qoyacağam”, - Salam Sarvan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər