10 Dekabr 2020 10:31
2 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Ayvazyan bu gün Moskvaya çağırılıb.

Teleqraf.com erməni mediasına istinadən bildirir ki, Ayvazyan artıq Moskvadadır.

MTX erməni mediasının sorğusuna cavab verməyib, bildirib ki, bu barədə daha sonra ətraflı məlumat verəcək.

Xatırladaq ki, MTX rəhbəri Ayvazyan dekabrın əvvəllərində də Moskvada səfərdə olub.

Mediaport Teleqram kanalının iddiasına görə, Moskvada Armen Ayvazyana Soros agent şəbəkəsinin adları verilib və bu şəxslərin xidmətdən uzaqlaşdırılması tələb olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər