Rusiya Uşaq Haqları Komissiyasının prezidenti Pavel Astaxov Ukraynada yaranan qarşıdurmalardan baş götürüb qaçaraq Rusiyaya sığınan ukraynalıların sayının 158 mini keçdiyini bildirib.
Komissar Ukraynanın cənub və cənub-şərqində davam edən qarşıdurmalardan qaçan vətəndaşların Rusiyaya gəlməyə davam etdiyini qeyd edib. Onun sözlərinə görə, xüsusilə iyun ayında qaçqınların sayı daha da çoxalıb.
Qeyd edək ki, Astaxovun öz İnstaqram səhifəsində verdiyi məlumata görə, Rusiyaya sığınanlar arasında təxminən 18 min uşaq, 346 hamilə qadın da var. 40 uşaq isə Rusiyada dünyaya gəlib. Sığınanların 23 mini Rusiyanın 52 fərqli bölgəsində yaradılmış müvəqqəti düşərgə və mərkəzlərdə yerləşdirilib.
/axar.az/