8 İyul 2014 13:11
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2005-2013-cü illərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçirilmiş müsabiqələr nəticəsində ixtisaslar üzrə formalaşmış keçid ballarını açıqlayıb.

Teleqraf.com bildirir ki, keçid balları komissiyanın internet saytında yerləşdirilib.

Keçid balları abituriyentlərə ixtisas seçimi zamanı düzgün istiqamət götürməyə, həmçinin ali təhsil müəssisələrində tələbə köçürmələri zamanı bu funksiyanı həyata keçirən qurumlara iddia olunan ixtisasların müvafiq ildə keçid balları ilə tanış olmağa kömək edə bilər.

Hər tədris ili üzrə keçid ballarıhttp://tqdk.gov.az/exam/bachelor/minimal-bal/ ünvanında təqdim olunub.

Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas kodunu öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.


Müəllif: