14 İyul 2014 13:40
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistik məlumatlarına əsasən verdiyi məlumata görə, son 23 ildə Azərbaycanda rəsmi nikahlar ən çox 2011-ci ildə bağlanıb. Lakin bu müddətdə yaşı 35-dən yuxarı olan kişilər tərəfindən bağlanan nikahların sayına görə ən yüksək göstərici ötən il qeydə alınıb.

2011-ci ildə ümumi nikahların yalnız 11 808-i yaşı 35 və daha yuxarı olan kişilər tərəfindən bağlanılıb. 2012-cı ildə bağlanmış 79 065 nikahın 10 948-i, 2013-cü ildə 86 852 nikahın 12 186-da bəylərin yaşı 35 və daha yuxarı olub.

Teleqraf.com bildirir ki, Nikah bağlayan gəlinlər arasında yaşı 35-i ötənlərin sayı çoxalıb.

Son 23 ildə ən çox nikah 2011-ci ildə bağlansa da, yaşı 35-i ötən qadınlar tərəfindən bağlanan nikahların sayına görə ən yüksək göstərici kişilər arasında olduğu kimi, ötən il qeydə alınıb.

2011-ci ildə ölkədə bağlanmış ümumi nikahların 5680-də , 2012-ci ildə 5545-də, 2013-cü ildə 6311-də qadınların yaşı 35 və daha yuxarı olub.


Müəllif: