25 İyul 2014 14:22
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına qoşulan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən 5-ci iclasında Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Ermənistana qarşı sərt çıxışını ermənilər Eduard Nalbandyanın məğlubiyyəti kimi qiymətləndirib.

Teleqraf.com publika.az-a istinadən xəbər verir ki, E. Məmmədyarov Ermənistanın Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qarşısındakı öhdəliyini pozur. Belə ki, Ermənistan Avrasiya İttifaqına üzv olmaq istəyi ilə ÜTT ilə münasibətləri təkrar gözdən keçirilməlidir. İrəvan bu addımı atarsa, ÜTT-nin indiyə qədər ona verdiyi kompensasiyaları geri qaytarmaq məcburiyyətində qalacaq.

Erməni ekspert Aykazn Qaqriyan Nalbandyanın Məmmədyarovu mövzudan kənara çıxmaqda günahlandırmasına baxmayaraq, bu məsələdə bir həqiqətin olduğunu bildirib.
O, E. Nalbandyanın bunu izah etməli olduğunu vurğulayıb.

“O, izah etməlidir ki, nə üçün Ermənistan xarici siyasətini itirdi və Rusiyanın “filialına” çevrildi? Nə üçün Ermənistan beynəlxalq aləmdən təcrid olunmuş oldu? Nə üçün İrəvan əlverişli regional təkliflərə reaksiya vermir? Nə üçün ancaq o layihələrdə yer alır ki, bu, Moskva üçün əlverişlidir? Nalbanydanın özü bu proseslərdə hansı rolu oynayır? Hətta nə vaxtsa o, Rusiya xarici işlər nazirinin müavini olsa belə, bunu izah etməyə məcbur olacaq”, -deyə erməni ekspert bildirib. O, “Azərbaycan hər şeyi qapadacaq” deyə Ermənistan üçün təhlükənin uzaq olmadığını bildirib.


Müəllif: