8 İyul 2014 16:35
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiya Şurası senatorlara mümkün təxribatlarla bağlı ölkə xaricinə getməməyi məsləhət görüb.


Bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko açıqlama verib.

“Federasiya Şurasının üzvləri mümkün qədər xarici səfərlərini məhdudlaşdırmalıdır. Müxtəlif təxribatlar həyata keçirə bilərlər. Biz bunu istisna etmirik”, deyə Matvienko keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, Krım Rusiyaya birləşdiriləndən sonra ABŞ və Avropa Birliyi Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq etməyə başladı. Bir sıra rusiyalı məmurlaın “qara siyahısı” tətbiq edildi və onların xarici banklardakı hesabları donduruldu. Son məlumatlara görə, ABŞ və AB Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırır.

/ans press/


Müəllif: