Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya yola düşür.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə iyulun 22-də Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirak etmək üçün Belçikaya səfər edəcək.