3 Noyabr 20:35
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Naxcıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.

Teleqraf.com xəbər verir ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlıga uygun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəcevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 04-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Yagıntılı hava şəraiti isə noyabırın 04-ü günün ikinci yarısından tədricən kəsiləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər