23 Noyabr 2020 11:09
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə yeni neft yataqları kəşf edilib.

Teleqraf.com xəbər verir ki, bunu BƏƏ-nin Ali Neft Şurası (SPC) Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhya açıqlayıb.

Məlumata görə, bu yataqlardan ildə 22 milyard barel neft çıxarılması mümkündür. Açıqlamada qoruğun aşkar edildiyi bölgə barədə məlumat verilməyib.

Yeni neft yatağının Əbu-Dabidəki bəzi əsas neft sahələrindən qaynaq baxımından daha böyük olduğu ifadə edilib.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) məlumatlarına görə, BƏƏ neft ehtiyatlarına görə dünya ölkələri arasında 6-cı yeri tutur.


Müəllif: Yeganə Oqtayqızı