6 Sentyabr 2023 15:35
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borc bataqlığında boğulan Ermənistan müharibəyə meyllənir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat Azərbaycan-Ermənistan sərhədində gərginliyin qaldığına diqqət çəkib: “Ordumuzun mövqelərinin atəşə tutulması halları artır. Bütün hallarda bölmələrimiz adekvat cavab tədbirləri görür. Ermənistan baş nazirinin son açıqlaması bir daha təsdiq edir ki, İrəvan sülhə deyil, müharibəyə daha çox meyllidir. Doqquz gündür ki, 40 ton un Ağdam-Xankəndi yolunda gözlədiyi halda “acından öldüklərini” iddia edən ermənilər silahlanır.

Yeni gərginlik nə siyasi, nə də iqtisadi baxımdan Qafqaz üçün məqbul deyil. Bununla belə, Azərbaycan sülhdə maraqlıdır və istiqamətdəki mövqeyində hər hansı dəyişiklik yoxdur. Təbii ki, istənilən razılaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Başqa alternativ də yoxdur”.

İqtisadçı deyir ki, məsələnin digər tərəfi savaşa meyllənən Ermənistanda xarici borclanmanın kəskin artmasıdır: “Bu ilin iyul ayında əvvəlki ayla müqayisədə xarici borc məbləğinin 300 milyon dollar artdığı Ermənistanın indi 6.7 milyard dollar öhdəliyi var. Ümumi dövlət borcu isə 10 milyard dollardan çoxdur. Dövlət borcunun ÜDM-də payı 60 faizi keçib.

Göründüyü kimi, borc bataqlığında boğulan Ermənistanda revanşist meyllər daha da güclənməkdədir. Amma İrəvan nəzərə almalıdır ki, revanşizmi hər zaman dağıda biləcək güclü Azərbaycan ordusu var”.


Müəllif: Yeganə Oqtayqızı