Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Bu barədə Teleqraf.com-a Dövlət Neft Fondunun (ARDNF) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, fond tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 5 banka 28,35 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəyi bildirilib.
Naibə QURBANOVA