Prodüsser Tolikin (Tarix Əliyev) səhhətində problem yaranıb.
O, Teleqraf.com saytına açıqlanmasında bildirib ki, soyuqlayıb:
“Hazırda səhhətimdə prolem yaranıb. Böyrəyimdə soyuqdəymə var. Kondisionerin soyuğu məni tutub, dərman qəbul edirəm”.
Hazırda Dubayda istirahət edən Tolik “Mən oruc tuta bilmərəm. Həm səhhətimə, həm də səfərdə olduğuma görə buna imkanım yoxdur” - deyə bildirib.
Aytən Həsənova