13 Oktyabr 2021 23:54
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astronomlar it sümüyünə oxşayan qeyri-adi, böyük asteroid qrupu kəşf ediblər.

Teleqraf.com xəbər verir ki, Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının nəhəng teleskopu Mars və Yupiter arasında tapılan asteroid kəmərindəki ən böyük 42 cismin fotoşəkilini çəkib.

Bu, kosmosda indiyədək müşahidə edilə bilən ən böyük qrupdur. Asteroidlərin çoxunun ölçüsü 100 kilometrdən çoxdur. İkisi - Serera və Vesta isə ən böyüyüdür - diametri 940 və 520 kilometrdir. Onlardan ən kiçiyi Uraniya və Ausoniyanın uzunluğu təxminən 90 kilometrdir.

Elm adamları göy cisimlərinin formalarına görə iki qrupa bölündüyünü bildiriblər. Higeya və Serera kimi bəziləri yuvarlaq kürələrdir, digərləri isə daha spesifik formaya sahibdirlər, xüsusən də itin sümüyünə bənzəyən uzunsov Kleopatra...


Müəllif: Mənsur Rəğbətoğlu