Bakı-Qazax magistral yolunun 399-cu kilometrliyində, Şəmkir rayonu ərazisində piyadanı avtomobil vuraraq öldürüb.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini Məqsəd Tahir oğlu Alıməmmədov idarə etdiyi 57-CA-123 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə yolu keçmək istəyən Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Akif Mustafayevi vurub. Nəticədə piyada aldığı ağər xəsarətlərdən hadisə yerində ölüb.
Şəmkir Rayon Polisi Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisəni törədən sürücü saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.