Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Allahverdi Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə Allahverdi Paşayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsini həmin məcəllənin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrinə tövsüf edib.
Hökmə görə, Allahverdi Paşayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və ona şərti cəza təyin edilib.
İttihama görə, Allahverdi Paşayev bir neçə vətəndaş qarşı 9 min manat dəyərində dələduzluq edib. Vətəndaşların şikayətindən sonra Allahverdi Paşayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Hacı Zeynalov