13 İyul 2014 17:46
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 84-cü kilometrliyində Salyanın Şorsulu kəndi ərazisində qeydə alınıb.

Salyan rayonunun Yolüstü kənd sakini, 49 yaşlı Rahil Qədir oğlu Ağarzayev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan BMW markalı minik maşını ilə qarşı-qarşıya toqquşub.

Nəticədə hər iki avtomobil ciddi zədələnərək yararsız hala düşüb.

Hadisə zamanı mikroavtobusun sürücüsü Rahil və sürücünün avtomobildə olan qardaşları Ramil, Cəlal Ağarzayevlər, onların yaxın qohumları Rəşad Qara oğlu Ağarzayev, Zahir Əliqulu oğlu Ağarzayev və BMW-nin sürücüsü, Lənkəran sakini, 30 yaşlı Səid Payaz oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Xəsarət alanlar hadisə yerinə gələn təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq, Ramil Ağarzayevi xilas etmək mümkün olmayıb.


O, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır./axar/


Müəllif:

Oxşar xəbərlər