Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iyulun 14-də Neftçala rayonu ərazisində rayon sakini Böyükağa Samurov münaqişə zəminində əmisinin oğlu İlqar Samurovu bıçaqlayıb.
Neftçala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyükağa Samurov tutulub.
Hacı Zeynalov