27 İyul 2014 17:09
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada 16 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib.

Hadisə rayonun Əliabad kəndində baş verib.

Musayeva Sevinc Abdulla qızı sirkə turşusundan zəhərlənmə dianozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yeniyetmənin vəziyyəti ağır olduğundan həkimlər onu dərhal reamianasiyaya yerləşdiriblər.

Hazırda onun vəziyyəti orta-ağır kimi dəyərləndirilir.

Xəstəxanadan verilən məlumata görə, sirkə turşusundan zəhərlənmə faktı 10 gün ərzində rayonda ikinci dəfə qeydə alınıb. Sirkə turşusundan zəhərlənmə halları ilk baxışdan intihara cəhd kimi görünsə də, zərərçəkmişlərin yaxınları bunun ehtiyatsızlıqdan baş verdiyini deyirlər.

Qeyd edək ki, 16 yaşlı Sevinc Musayevanın faciəsi Zaqatalanın Əliabad qəsəbəsində bu gün qeydə alınan ilk hadisə deyil.

26 yaşlı Əliabad qəsəbə sakini İkram Telman oğlu Ruşanov bu gün yaşadığı evin həyətyanı sahəsində armud ağacından asaraq özünə qəsd edib. 1988-ci il təvəllüdlü İkram Ruşanov evli olub. Onun bir uşağı var.

İkram Ruşanovun intihar səbəbləri məlum deyil. Faktla bağlı cinayət işi açılıb./anspress/


Müəllif:

Oxşar xəbərlər