31 İyul 2014 10:59
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Göyçay rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Potu kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü İlham Yusifov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq ölüb. Onun meyitini ailə üzvləri aşkarlayıb. Hadisə yerinə rayon prokurorluq və polis əməkdaşları gəlib.

İlham Yusifov maşın ustası işləyib. Onun iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər