Bu gün Bakı Apelyasiya Məhkəməsində silah alverində təqsirli bilinən Məhəmməd İsmayılov və Xanoğlan Tapdıqlının cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan olunub. Qərara görə, Məhəmməd İsmayılovun cəzası 3 ilə endirilib. Xanoğlan Tapdıqlının şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd İsmayılov 4 il, Xanoğlan Tapdıqlı 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər.
Hacı Zeynalov