Gəncə şəhərində oğurluq hadisələrinin üstününü açılması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul və qızıl-zinət əşyaları, 1 mağazadan parfumeriya, 2 həyətyanı sahədən velosiped və su mühərriki, 2 avtomobildən pul, maqnitofon, akkumulyator və sənədlər, habelə 1 nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.