Şabran rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun mərkəzində, iaşə obyektlərindən birində qeydə alınıb. Tikintisində fəhlə işləyən rayon sakini Anar Xudaverdiyev 2-ci mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov