2 Avqust 2015 10:20
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 1600 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1999-cu il təvəllüdlü Qəniyev Amil Elşən oğlunun axtarışları başa çatıb.

Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir ki, A.Qəniyevin cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.


Müəllif:

Oxşar xəbərlər