30 İyun 2015 14:57
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 yaşlı, adı Sevgi olan məktəbli qız redaksiyamıza Sevgililər günü ilə bağlı düşüncələrini göndərib. Sevgililər gününə bir də məktəbli qızın başıxlarından nəzər salaq...

Sevgi İsmayılbəyli

Sevginin cılızlaşdığı, kiçildiyi müasir dövrümüzdə gəncliyimizi çox yox, lap yaxın keçmişimizə qaytarmaq istəyirəm. Leyli və Məcnunu, Romeo və Cüliyettanı əfsanə sayanlara Fərizə eşqi uğrunda ölümü ilə sevginin hələ də ölmədiyini, var olduğunu sübut etdi...

Hamı kimi adi rastlaşdılar, qonşu qızı sevgisi ilə başladı. Amma hamı kimi sevmədilər, sevgilərini uca tutdular, əhdlərinə sona kimi sadiq çıxdılar... İlham sevdiyi qıza söz verib yarı yolda qoymadı. Azərbaycan adət-ənənəsi ilə gəlin gətirdi. Fərizə də ''yaxşı gündə də, pis gündə də mənimləsənmi?'' sualına yalandan ''hə'' demədi bəziləri kimi. Yalnız standart SMS-lərlə bəzənən, bir-iki aylıq sevgilərin var olduğu bu dövrdə İlham və Fərizənin məhəbbəti bizə örnək olmalıdır.

Xoşbəxt o insandır ki, onun uğrunda canından keçən sevgilisi var. Və həm də xoşbəxt o insandır ki, öz canını verəcək qədər layiq gördüyü, sevdiyi insan var. Yalandan sevib yaşayanlardan, həqiqi sevib bir yerdə ölənlər daha xoşbəxtdirlər!

Bu gün Azərbaycanda Sevgililər günüdür. Mən bu gün ayda biri ilə sevgili olanları, yalandan ''sevirəm'' deyənləri, pula görə sevgili seçənləri deyil, sevgilisinə görə çöllərə düşmüş Məcnunu, Qeysə görə var-dövlət sahibi olan İbn-Səlamdan imtina etmiş Leylini, məhəbbəti uğrunda dağları çapan Fərhadı, Əslinin odu ilə alışıb yanan Kərəmi, İlhamsız yaşamağı bacarmayıb özünü öldürən Fərizəni təbrik edirəm.

Bu günü qeyd etmək sizin haqqınız idi.

Sevgililər gününüz mübarək!


Müəllif: