9 İyul 2014 17:00
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər İranın Yəzd əyalətinin Ərdəkan şəhərində qranit mədənində partlayış baş verib. Partlayış nəticəsində 5 nəfər yaralanıb.

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata əsasən, partlayışın baş verməsinə səbəb fəhlələrdən birinin mədənin içində siqaret yandırması olub.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə səhər saatlarında baş versə də, məlumat indi yayılıb.


Müəllif: