Rusiya Kubanın 30 milyard dollardan artıq borcunu silib. Borcun 3,5 milyard dollar məbləğində qalan hissəsini Havana yaxın 10 il ərzində ödəyəcəyini bəyan edib.
Rusiyan prezidenti Vladimir Putin borcun silinməsi ilə əlaqədar olaraq “Kubanın Rusiya Federasiyasına SSRİ dövründən qalan 30 milyard dollar məbləğində borcun silinməsi haqqında razılığın ratifikasiyası” adı altında rəsmi sənəd imzalayıb.
Bu barədə məlumatı Kremlın mətbuat xidməti yayıb. Bu sənəd imzalanana qədər, dünyada Rusiyaya ən böyük borcu olan ölkə Kuba hesab edilir. Bu borcun silinməsi isə Moskvanın diplomatik münasibətləri tarixində rekord qırıb.
Ülviyyə