21 İyul 2014 23:48
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani İsrailin Qəzzaya təşkil etdiyi geniş miqyaslı hücumlarda günahsız insanları hədəf almasını kəskin şəkildə qınayıb.


Axar.az xəbər verir ki, Ruhani müdafiəsiz Qəzza insanlarına qarşı qurudan və havadan edilən hücumlardan daha əhəmiyyətlisinin dünyanın bu faciəyə səssiz qalmasını göstərib.

Ruhani ölkəsinin bütün gücüylə müdafiəsiz Qəzza xalqını qoruyacağını və dəstəkləyəcəyini qeyd edib:

"İsrail bəhanələrlə bir ailənin bütün fərdlərini tank atəşinə tutaraq məhv edir. Sionistlərin əlləriylə etdiyi bu böyük insanlıq faciəsinə heç bir şəkildə dözmək olmaz. Dünyanın buna verdiyi reaksiyaya baxdığımızda təəssüf ki, Qərb ölkələri, bir çox ərəb və müsəlman ölkəsinin bu cinayət qarşısında səssiz qaldığını, ya da reaksiyalarının faciənin böyüklüyü ilə müqayisədə nisbətsiz olduğunu görürük".


Müəllif: