Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinin hərəkətlərini pisləyib və Tiflisə qarşı sanksiyalar hazırlayacağını vəd edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.
“İndi xalqına qarşı etdikləri utancvericidir. Moskva Gürcüstandakı bu hökuməti tərifləyəndə isə bu, onların indi Tiflisdə kimin üçün işlədiyini və etirazları kimin üçün dağıddıqlarını aydın şəkildə müəyyənləşdirir. Qətiyyən Gürcüstan üçün deyil. Biz hüquqi cavabımızı hazırlayırıq. Avropalılar və digər tərəfdaşlarla konkret fəaliyyət üzərində işləyirik. Mən müvafiq sanksiya qərarlarının hazırlanmasını tapşırdım”, - dövlət başçısı paylaşımında bildirib.