Fransa hökumətinin istefasından sonra ölkə prezidenti Emmanuel Makron xalqa müraciət etmək niyyətində olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb.
Müraciət dekabrın 5-i planlaşdırılır. Veriliş Yelisey sarayından yayımlanacaq. Makronun yeni baş nazir təyin edib-etməyəcəyi isə hələlik məlum deyil.