"Neftçi"nin sabiq futbolçusu Tofiq Abbasov vəfat edib.
Teleqraf.com xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib.
Keçmiş yarımmüdafiəçi karyerası ərzində "Polad" və "Neftçi" klublarının şərəfini qoruyub.
Abbasov "Termist", "Xəzər" və "Göyəzən"in baş məşqçisi kimi də fəaliyyət göstərib.
O, son olaraq Rusiyanın "Dinamo" klubunun qadınlardan ibarət basketbol komandasının idman direktoru vəzifəsində çalışıb.