02:34
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın xarici işlər naziri Antonio Tajani Ukrayna prezidenti Vladimir Zelenskini Rusiyaya güzəştə getməyə çağırıb.

Teleqraf.com "RAI-1"ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani danışıb.

“Ruslar hələ də irəliləyirsə, Zelenski vəziyyətin daha da pisləşməsini istəmirsə, güzəştə getməli olacaq”, - o vurğulayıb.

Tajani həmçinin bildirib ki, Ukraynada sülhə 2025-ci ilə kimi nail olmaq lazımdır.


Müəllif: Arzu

Oxşar xəbərlər