Teleqraf.com xəbər verir ki, Gənc Tamaşaçılar Teatrında baş tutacaq mərasim saat 17:00-dan 19:00-a qədər davam edəcək.
Kitabda müəllifin son 10 ildə yazdığı seçmə şeirləri yer alıb.
Aqşin Evrənin kitabda yer alan şeirlərindən birini təqdim edirik:
Yaş köynəyin fotosu
İndi bütün gözləməklər qapında ölüb
Ta o gəlmir deyə, pəncərən kor qalıb,
qapın da ölüb...
Elə bil saçın da onu tapmaqçün
uzanır harasa... harasa gedir
Sənin bədəninin yarsı evdədir,
geyinib yarısı harasa gedir
Köynəyin ütüləyirsən əlin üşüyür
Atıb getmək istəyirsən ağrıyır ayaqqabın
Bilirsən, ömürdən doğma biri gedəndə
Üşüyüb tez evə girər çöl qapın...
Hə, asandı qab yumaq, yemək bişirmək
Bircə həmişə oturduğunuz skamya indi bir az soyuq,
indi bir az kirlidi
İndi xatirələrə toxunmaq onun yaş köynəyini
elektrik xəttindən asmaq kimidi.