25 Oktyabr 2018 17:44
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağın müsəlman-azərbaycanlı elitası siyasi təlatümlər içərisində və müasirləşmə yolunda” adlı kitabın təqdimatı keçirilib.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci “Şuşa qrantı” beynəlxalq müsabiqəsinin qalibi olmuş “Qarabağ elitası: Qarabağın yeni dövr azәrbaycanlı elitası modernlәşmә prosesi vә mütәmadi siyasi dönüşlәr arasında (18-ci әsrin sonu - 20-ci әsrin sonu)” qrant layihəsi çərçivəsində nəfis tərtibatla alman dilində nəşr olunmuş “Qarabağın müsəlman azərbaycanlı elitası siyasi təlatümlər içərisində və müasirləşmə yolunda” adlı kitabın Bakı Slavyan Universitetində (BSU) təqdimatı keçirilib.

Kitabın müəllifləri Almaniyanın Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri, professor Yeva-Mariya Aux (Eva-Maria Auch) və professor Rasim Mirzəyevdir.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyinə töhfə olaraq nəşr olunub.

Kitab ölkənin kitabxanalarına, elmi-tədqiqat təşkilatları və universitetlərinə və müxtəlif qurumlara təmənnasız olaraq veriləcək.

Elmin İnkişafı Fondunun və Bakı Slavyan Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimini BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq kitabın elmi-siyasi əhəmiyyətindən ətraflı danışıb, alman dilində belə bir kitabın ərsəyə gəlməsini dünyanın Qarabağ həqiqətləri ilə tanış olmasında yeni bir addım kimi dəyərləndirib. BSU-nun “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva çıxış edərək bu əsərin dəyərli layihələrdən biri olduğunu bildirib.

Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev vurğulayıb ki, bir neçə illik gərgin əməyin məhsulu olan kitab Qarabağın azərbaycanlı elitasının inkişaf tarixini bütün əhəmiyyəti ilə almandilli alim və oxucu auditoriyasına çatdırmağa xidmət edəcək. Kitabdakı məlumatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində Qarabağın Azərbaycana məxsusluğunun tarixi faktlarla sübutu baxımından da mühüm əhəmiyyətə malikdir.


Müəllif: Aytən