Ötən gecə "Qarabağ"ın qələbəsindən sonra paytaxt küçələrində yaşanan azarkeş izdihamı Bakı metropoliteninə də təsirsiz ötüşməyib.
Məlumata görə, ötən gecə saat 22:00-dan etibarən metronun "Gənclik" stansiyasının əsas girişləri qapadılmışdı. Yalnız "Gənclik" mehmanxanasının qarşısındakı çıxış açıq qalmışdı. Burada isə polislər metroya daxil olmaq istəyənlərin qarşısını alırdılar. Asayiş keşikçiləri sərnişinləri hissə-hissə metroya buraxırdılar. Bu da insanlar arasında narazılığa səbəb olub.
Polis əməkdaşları isə deyirdilər ki, stansiyanın platformasında insan çox olduğu üçün sərnişinləri bu cür buraxmaq məcburiyyətindədirlər.
/milli.az/