22 İyul 2014 19:01
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa yardım Agentliyi (AIDA) İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyalarını bu ilin iyun ayında Benin və Çadda keçirib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aksiya çərçivəsində 506 nəfər Benində, 835 nəfər isə Çadda cərrahi əməliyyat olunaraq yenidən görmə qabiliyyətlərinə qovuşublar. Ümumilikdə isə sözügedən humanitar aksiyalar zamanı görmə problemi olan 11640 şəxs ödənişsiz əsasda müayinədən keçib. AIDA Agentliyinin iştirak etdiyi bu aksiya hər iki dövlətin hökuməti tərəfindən yüksək qiymətləndirilib və yerli kütləvi vasitələrində geniş işıqlandırılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər