3 Noyabr 08:13
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Şimalı Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında 4,8 maqnitudalı zəlzələ baş verib.

Teleqraf.com xəbərverir ki, bu barədə yerli IRNA agentliyi xəbər yayıb.

Qeyd edilir ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib və şəhərdə hiss edilib.

Zəlzələ nəticəsində bir neçə yaşayış evində elektrik enerjisi və internet xidməti kəsilib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər