Azərbaycanda elektrik enerjisi istehsalı ötən ilin 11 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2.3 faiz azalaraq 24360,2 milyon kVt.s olub.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istilik elektrik stansiyalarının istehsalı da 9,5 faiz azalaraq 20261,3 milyon kVt.s olub.
Ancaq günəş elektrik stansiyalarının istehsalı 8,4 dəfə artaraq 520,2 milyon kVt.s olub. Tullantıların yandırılmasından alınan elektrik enerjisi 5.8 faiz, su elektrik stansiyalarından isə 71,3 artıb. Külək elektrik stansiyalarının istehsalı isə 7,5 faiz azalaraq 49 milyon kVt.s təşkil edib.