Müğənni Rəqsanə İsmayılova ARB televiziyasında yayımlanan "Elgizlə izlə" verilişində ilk dəfə əkizlərindən birini itirdiyini etiraf edib.
Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova bu sözləri deyib:
"Əkiz övadlarım yarımçıq doğulmuşdu. Uşaqlar dörd at xəstəxanada qaldılar, onlar 1 kilo 100 qram olmuşdular və beş aylıq doğulmuşdular. Qızım yaşadı, amma oğlanı dörd aydan sonra yaşada bilmədik. Düşündüm ki, nə olur-olsun oğlum olmalıdır. Bu mənim istəyim idi. Çünki anamın da oğlu olmayıb. Biz iki bacı olmuşuq. Həmişə düşünürdüm ki, ocağın işığını yandıran oğuldur. Pandemiya düşdü və xəbər yayıldı ki, Moskvada bütün yollar bağlanır. Həmin gecə yuxumda gördüm ki, qucağımda ağ paltarlı uşaq var və su paylayıram. Gecə köməkçimi çağırıb dedim ki, sabah yardım paylayacam. Həyat yoldaşımın biznes işləri var idi, oraya külli miqdarda kredit ödəməli idi. Pulu da mənə etibar ediblər ki, ödəyərsən. Kreditin pulunu götürüb, alış-verişə getdim. Getdim 300 nəfər üçün ərzaq aldım. Həyat yoldaşım isə İsraildə idi, mənə dedi ki, krediti ödəmisən. Dedim ki, yox bankları pandemiyaya görə bağladılar".
Qeyd edək ki, Rəqsanə İsmayılova iş adamı Fazil Əmiraslanov ilə evlidir. Cütlüyün bir qız və bir oğlu var.