6 İyul 2017 08:03
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Batman şəhərində isti hava şəraitində işləyən çörək sexinin işçiləri yarım saatdan bir soyuducuya girib çıxırlar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 40 dərəcə isti havada çalışanlar xeyli çətinlik çəkirlər.

Xüsusilə də odun sobası başında işləyən çörəkçilər, dəmirçilər üçün isti havaya dözmək çətin olur.

Batmanda çörək bişirən Barış Tan da sərinləmək üçün yarım saatdan bir soyuducuya girib-çıxır. Çörək bişirilən yerdə temperaturun 65 dərəcəyə çıxdığını deyən Barış Tan dolanışğını təmin etmək üçün bu işi görmək məcburiyyətində qaldığını, isti havada sərinləmək yolu tapdığını bildirib.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər