27 İyul 2018 09:01
3 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

“1979-cu ildə mənə zəng edərək Səddam Hüseyni müayinə etməyimi istədilər. Zəng edən şəxsin kimliyi mənə məlum deyildi”.

Teleqraf.com xəbər verir ki, bunu dünyanın ən qocaman həkimi, II Dünya müharibəsi zamanı Sinqapurda əsir düşən Bill Frankland deyib.

Məşhur həkim bildirib ki, ona zəng edərkən Səddam Hüseyinin allergiyası olduğunu və həssaslığını azaltmaq uçun ona iynələr vurulduğunu bildiriblər:

“Ancaq mən onu müayinə edəndən sonra belə qərara gəldim ki, Səddam Hüseyndə allergiya yoxdur. Onun problemi günə 2 qutu siqaret çəkməsi idi”.

Həkim əlavə edib ki, müayinədən sonra Səddam Hüseynlə ciddi danışıb:

“Ona dedim ki, siqareti tərgit, əks halda bir daha sizi müayinə etməyəcəyəm. Daha əvvəl onunla heç kim bu tonda danışmamışdı. Bir müddətdən sonra Səddam Hüseyn onunla mübahisə etdiyi üçün səhiyyə nazirini sarayının kənarına çıxararaq, əzişdirmişdi. Bu baxımdan mən özümü şanslı hesab edirəm”.

Qeyd edək ki, həkim Frankland 2015-ci ildə İngiltərə kraliçası Yelizaveta tərəfindən dövlət nişanı ilə təltif edilib. O, Londondakı xəstəxanada könüllü olaraq işləyib və İngiltərədə işləyən ən qocaman həkim kimi tarixə düşüb.


Müəllif: Cavad

Oxşar xəbərlər